Kurık Limanının rəsmisi: "Orta Dəhliz inkişaf etdikcə əlavə bərələrə ehtiyac duyulur"

İnfrastruktur
  • 10 sentyabr, 2026
  • 12:26
Kurık Limanının rəsmisi: Orta Dəhliz inkişaf etdikcə əlavə bərələrə ehtiyac duyulur

Orta Dəhliz marşrutu inkişaf etdikcə əlavə bərələrə ehtiyac duyulur.

"Report" xəbər verir ki, bunu Kurık Limanının baş direktorunun müavini Bakıtkerey Alibekov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kurık Limanının genişləndirilməsi planlaşdırılır: "Limanda artıq "Sarja" çoxfunksiyalı universal terminalı fəaliyyət göstərir. Bu terminal bir neçə körpüyə malikdir".

O qeyd edib ki, Orta Dəhliz marşrutu üzrə həcmləri hər il artır: "Buna görə də əlavə bərələrə ehtiyac duyulur. Kurık Limanı artıq üç bərə əldə edib. Ümumilikdə marşrutun buraxılış qabiliyyətini artırmaq üçün əlavə Ro-Ro körpüsünün inşasını planlaşdırırıq".