Kos: Aİ-nin Cənubi Qafqazda bağlantıların inkişafı üzrə işi yeni mərhələyə keçib
- 03 iyul, 2026
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) regional bağlantıları inkişaf etdirmək üçün Ankara, Bakı və İrəvanda yüksək səviyyəli danışıqlar aparıb.
"Report" xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mən yenicə Türkiyə, Azərbaycan və Ermənistandan qayıtmışam, orada biz qarşılıqlı bağlantıların inkişafı üzrə işimizi növbəti mərhələyə keçirdik. Bu, eyni zamanda Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarını şaxələndirməklə Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasına kömək edə bilər. Genişlənmə və qarşılıqlı bağlantıların inkişafı bir-biri ilə sıx bağlıdır. Hər ikisi Avropada sabitliyin, firavanlığın və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir", - Kos deyib.
Good to be in Ireland with the College as its Council Presidency begins.
— Marta Kos (@MartaKosEU) July 3, 2026
We are looking forward to continue the solid pace of progress for enlargement with the Irish Presidency and support our candidate countries’ accession paths.
I have just returned from Türkiye, Azerbaijan… pic.twitter.com/AkGNKwX5MQ