KOBİA: "Ötən il tikinti sektoruna 18 milyard manatdan çox vəsait yönəldilib"

İnfrastruktur
  • 07 iyul, 2023
  • 07:34
KOBİA: Ötən il tikinti sektoruna 18 milyard manatdan çox vəsait yönəldilib

Ötən il Azərbaycanın tikinti sektoru üzrə əsas kapitala 18 milyard manatdan çox vəsait yönəldilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.

"Bu gün ölkədə kiçik və orta biznesin yaratdığı əlavə dəyərdə tikinti sektoru 3-cü yeri tutur. Ötən ilin göstəricilərinə görə, 15 minə yaxın KOB subyekti bu sektorda fəaliyyət göstərib. Son beş il ərzində tikinti sektoru KOB subyektlərinin dayanıqlı fəaliyyət göstərdiyi 2-ci sahə olub", - deyə o qeyd edib.