Kiyevdə daha əvvəl Azərbaycanın sifariş etdiyi "An-178" təyyarəsi təqdim olunub

İnfrastruktur
  • 17 sentyabr, 2016
  • 10:07
Kiyevdə daha əvvəl Azərbaycanın sifariş etdiyi An-178 təyyarəsi təqdim olunub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Kiyev Aviasiya Muzeyində yeni "An-178" hərbi-nəqliyyat təyyarəsi təqdim edilib.

"Report" "Ekonomiçeskie izvestiya" qəzetinə istinadən xəbər verir ki, yeni təyyarə əvvəlki nəsil hava gəmilərini - "An-12", "An-26" və "An-32"ni əvəz etməlidir.

"Antonov" aviakonserinin proqram direktoru Viktor Kazurovun sözlərinə görə, "An-178" həm yük və hərbi texnikanın daşınması, həm hərbçilərin müəyyən edilmiş nöqtəyə çatdırılması, həm də uçuş zamanı təyyarələrə yanacaq doldurulması üçün istifadə edilə bilər.

"An-178" təyyarələrinə tələbat 10-12 il ərzində 800 ədədə çata bilər. Bir təyyarənin orta qiyməti 40 milyon dollardır.

Hazırda Azərbaycan artıq 10 təyyarə üçün ödəniş edib, daha 30 hava gəmisini isə Səudiyyə Ərəbistanı almağı planlaşdırır.

44 - Tezliklə