Katya Şefer: İnsan mərkəzli şəhər uyğunlaşmasının necə dəstəklənəcəyinə aydınlıq gətirməliyik

İnfrastruktur
  • 19 may, 2026
  • 17:13
Katya Şefer: İnsan mərkəzli şəhər uyğunlaşmasının necə dəstəklənəcəyinə aydınlıq gətirməliyik

İnsan mərkəzli şəhər uyğunlaşmasının necə dəstəklənəcəyinə aydınlıq gətirilməlidir.

"Report" xəbər verir ki, bunu UN-Habitat-ın regionlararası məsləhətçisi Katya Şefer Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoqda deyib.

Onun sözlərinə görə, müzakirələrin davamı Qazaxıstan və Türkmənistanda baş tutacaq:

"Azərbaycan Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlərin qurulması istiqamətində müzakirələrin başlanğıc nöqtəsi oldu. Bütün bu müzakirələrin nəticəsində iqlim maliyyəsinin, tərəfdaşlıqların və innovasiyanın genişlənə bilən, insan mərkəzli şəhər uyğunlaşmasını necə dəstəkləyə biləcəyimizə aydınlıq gətirməliyik".

44 - Tezliklə