Katerina Bezqaçina: "WUF13 şəhərsalma sahəsində təcrübə mübadiləsi üçün platformaya çevriləcək"
- 27 aprel, 2026
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Azərbaycanın urbanistika və şəhərlərin inkişafı məsələlərində təcrübəsini bölüşə biləcəyi platformaya çevriləcək.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) kommunikasiya direktoru Katerina Bezqaçina bu gün Bakıda jurnalistlərə açıqlamasında bildirib.
"Bu, Azərbaycan üçün öz təcrübəsini bölüşmək, proqram və layihələrini (şəhərsalma üzrə - red.) təqdim etmək, urbanistik inkişaf, şəhərlərin planlaşdırılması, mənzil problemlərinin həlli sahəsində təcrübəsini paylaşmaq imkanıdır", - o qeyd edib.
Bezqaçina vurğulayıb ki, bu forumu ziyarət edəcək insanlar bütün proqramlarla tanış ola və şəhərlərin inkişafı sahəsində təcrübələrini bölüşə biləcəklər.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.