Azərbaycan Rusiya ilə orta və uzunmüddətli perspektivə hesablanmış investisiya layihələrini müzakirə edib
- 02 mart, 2026
- 17:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksini müzakirə edilib.
"Report" xəbər verir ki, müzakirələr Rusiya hökumət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Aleksey Overçuk ilə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə aparılıb.
Görüşdə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.
Tərəflər əmtəə dövriyyəsinin davamlı artımını məmnunluqla qeyd ediblər.
Orta və uzunmüddətli perspektivə hesablanmış birgə investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.
Həmsədrlər Rusiya və Azərbaycan arasında avtomobil, dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər.
Rusiya-Azərbaycan dövlət sərhədindəki buraxılış məntəqələrinin səmərəli işi və onların gələcəkdə daha da modernləşdirilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri, xüsusən də onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi ayrıca nəzərdən keçirilib.
A.L.Overçuk və Ş.A.Mustafayev aprel ayında Azərbaycanda İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər.
Görüş Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinə ənənəvi olaraq xas olan konstruktiv və dostluq şəraitində keçib.