IOM şəhərləri həssas icmalar üçün fürsətlər məkanına çevirməyə çağırıb

İnfrastruktur
  • 19 may, 2026
  • 13:01
IOM şəhərləri həssas icmalar üçün fürsətlər məkanına çevirməyə çağırıb

Şəhərlər təkcə sığınacaq yeri deyil, fürsətlər məkanına çevrilməlidir.

"Report"un məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) iqlim fəaliyyəti üzrə direktoru Rania Şarşar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında bəyan edib.

R.Şarşar beynəlxalq ictimaiyyətə müraciət edərək iqlim fəaliyyətinə mövcud yanaşmaları yenidən nəzərdən keçirməyə çağırıb.

"İqlim dəyişiklikləri ilə mübarizə ilk növbədə bərabərsizliyə qarşı mübarizə və insanlar arasında etibarın qurulmasıdır. Moqadişu buna bariz nümunədir - burada əhalinin sürətli artımı səhiyyə, su təchizatı və enerji təchizatı sistemlərinin son dərəcə yüklənməsinə səbəb olur. İqlimə dayanıqlı yaşayış məskənləri və erkən xəbərdarlıq mexanizmləri həssas icmaların müdafiəsinin təmin edilməsində öz səmərəliliyini sübut edir. IOM forumun qalan dörd günü ərzində WUF13-ün bu mövzuya dair tədbirlərində fəal iştirak etməyi planlaşdırır", - təşkilatın direktoru qeyd edib.

44 - Tezliklə