İlham Bayramov: "Naxçıvanda su ehtiyatlarının azalması ilə bağlı xüsusi layihələr hazırlanır"
- 30 sentyabr, 2025
- 19:38

Naxçıvanda su infrastrukturu üzrə genişmiqyaslı layihələr icra olunacaq.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
O bildirib ki, cari ildə layihələr çərçivəsində kənd təsərrüfatı torpaqlarının suvarılmasının yaxşılaşdırılması, yeni torpaqların suvarılması, dayanıqlı içməli su təminatının təşkili və verilən suyun keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük işlər aparılır.
"Layihələr mərhələli şəkildə icra edilir. Naxçıvanda bu il iqlim dəyişiklikləri nəticəsində su ehtiyatlarının azalması müşahidə olunub və bu, müəyyən risklərə səbəb olub. Bununla əlaqədar operativ qərarlar qəbul edilib və xüsusi layihələr hazırlanır. Növbəti ildə inşaat və quraşdırma işləri daha geniş şəkildə həyata keçiriləcək".