III MDB Oyunları çərçivəsində avtobuslarla 19 000-ə yaxın sərnişin daşınıb

İnfrastruktur
  • 07 oktyabr, 2025
  • 15:16
III MDB Oyunları çərçivəsində avtobuslarla 19 000-ə yaxın sərnişin daşınıb

Azərbaycanda keçirilən III MDB Oyunları çərçivəsində avtobuslarla 19 000-ə yaxın idmançı və nümayəndə heyətinin üzvü daşınıb.

Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, 24 sentyabr – 6 oktyabr tarixlərində 159 reys həyata keçirilib, 2 000-dən çox idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə daşınması təmin olunub. Yarışları bitirən 550-dən çox idmançı və nümayəndə heyəti üzvünün isə hava limanlarına geri daşınması həyata keçirilib.

Ölkəmizə gələn qonaqların həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 avtobus cəlb edilib.

Həmçinin tədbirlərin keçirildiyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılıb. İndiyədək həmin avtobuslarla şəhərdaxili daşımalarda 3 850 reys həyata keçirilib, 16 400 idmançı və nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.

Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.

Son xəbərlər

Bütün Xəbər Lenti