İcraçı direktor: "Əksər regionlarda Qarabağdakı istilik tutumlu binalardan yoxdur"

İnfrastruktur
  • 20 oktyabr, 2023
  • 13:26
İcraçı direktor: Əksər regionlarda Qarabağdakı istilik tutumlu binalardan yoxdur

Azərbaycanın əksər regionlarında Qarabağdakı kimi istilik tutumlu binalar yoxdur.

"Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətininin icraçı direktoru Övsət Həmidov Xəzər İnşaat Həftəsi çərçivəsində "Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri" mövzusunda təşkil olunmuş paneldə bildirib.

"İşğaldan azad edilmiş ərazilərdə tikilən binaların istilik tutumlu olmasına xüsusi diqqət yetirilir. Bu cür binalar enerjiyə qənaət üçün önəmlidir. İstilik tutumlu binalar təkcə Qarabağda yox, bütün ölkədə olmalıdır. Bu binaların istilik tutumu kateqoriyalar üzrə ölçülür ki, bu da itirilən enerji həcminə görə müəyyənləşdirilir. Avropa ölkələrində binaların istilik tutumlu olması A kateqoriyasındadırsa, Azərbaycanda E kateqoriyasındadır. Bu da ciddi enerji itkisi deməkdir. Qarşımıza qoyduğumuz hədəf ilk olaraq C, daha sonra B kateqoriyasına keçməkdir. Birbaşa A kateqoriyasına keçid üçün ciddi investisiya tələb olunur. Memarlar binalara diqqəti cəlb edən pəncərələr qoymaqdansa, binaların istilik tutumlu, qənaətcil olmasına fikir versələr daha yaxşı olar", - deyə o qeyd edib.