İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə AZAL arasında tərəfdaşlıq sazişi imzalanıb

İnfrastruktur
  • 30 mart, 2017
  • 07:09
İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə AZAL arasında tərəfdaşlıq sazişi imzalanıb

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi və “Azərbaycan Hava Yolları” (AZAL) QSC arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb. Sənədi İslam Həmrəyliyi Oyunları əməliyyatlar üzrə baş icraçı direktoru Mayk Loynd və AZAL-ın vitse-prezidenti Eldar Hacıyev imzalayıblar. Bununla da AZAL "Bakı 2017" Oyunlarının növbəti rəsmi tərəfdaşı olub.

"Report"un xəbərinə görə, sazişin imzalanmasına dair bu gün mətbuat konfransı keçirilib.

M.Loynd AZAL-ın Azərbaycanda keçirilən idman tədbirlərinin bir hissəsi olmasının vacibliyini vurğulayıb: "AZAL-ın İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olması bizim üçün çox önəmlidir. Əminəm ki, oyunların təbliğatı işlərində aviaşirkət mühüm rol oynayacaq".

E.Hacıyev isə bildirib ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir: "İnanıram ki, ölkəmiz digər mötəbər idman tədbirləri kimi, İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək".

44 filmi