İpoteka və Kredit Zəmanət Fondu Avropa Zəmanət İnstitutları Assosiasiyasına tam hüquqlu üzv seçilib

İnfrastruktur
  • 27 dekabr, 2018
  • 07:26
İpoteka və Kredit Zəmanət Fondu Avropa Zəmanət İnstitutları Assosiasiyasına tam hüquqlu üzv seçilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Avropa Zəmanət İnstitutları Assosiasiyasına (AECM) tam hüquqlu üzv seçilib.

İKZF-dən “Report”a verilən məlumata görə, Fondun AECM-ə üzvlüyü Avropa ölkələrinin kredit zəmanət təşkilatlarının qabaqcıl təcrübələrindən faydalanaraq Azərbaycanda sahibkarlığının inkişafına dəstək mexanizmlərinin təkmilləşdirilməsinə və inkişaf endirilməsinə geniş imkanlar yaradacaq.

Qeyd edək ki, Assosiasiya 1992-ci ildə yaradılıb. AECM-də hazırda Avropa İttifaqının 28 ölkəsində, habelə Türkiyə, Rusiya və Serbiyada fəaliyyət göstərən 48 üzv təşkilat təmsil olunur. 2017-ci ildə AECM-ə üzv olan təşkilatların 126 mlrd. avro həcmində ümumi kredit zəmanət portfeli olub ki, onun da 74 milyardını il ərzində verilmiş zəmanətlər təşkil edib.

Təşkilatın üzvləri zəmanət fondlarından, o cümlədən kredit zəmanəti bölmələri olan inkişaf banklarından ibarətdir. Təşkilatın üzvlərinin missiyası iqtisadi cəhətdən sağlam, lakin yetərli təminatı olmayan layihələri kredit zəmanəti və digər maliyyə vasitələri ilə təmin etməkdir. 

44 - Tezliklə