"Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın qapısında problem yaranıb

İnfrastruktur
  • 04 noyabr, 2019
  • 04:58
Həzi Aslanov-İçərişəhər istiqamətində hərəkət edən qatarın qapısında problem yaranıb

Bu gün "Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın qapısında texniki problem yaranıb. 

Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, problem səbəbindən qatarların hərəkətində 5 dəqiqə yubanma olub:

"Maşinist problemi aradan qaldırıb və qatar yola düşüb. Ümumən xəttə 5 dəqiqəyə qədər ləngiməyə yol verilib".

44 - Tezliklə