Gürcüstanın Azərbaycana avtomobil idxalı 39 % azalıb

İnfrastruktur
  • 22 yanvar, 2026
  • 13:12
Gürcüstanın Azərbaycana avtomobil idxalı 39 % azalıb

Ötən il Gürcüstan Azərbaycana 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 39 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 2 milyard 814 milyon ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 16 % və 5 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 1,42 milyard ABŞ dolları dəyərində 40 min 861 ədəd, Qazaxıstana 785 milyon ABŞ dolları dəyərində 44 min 767 ədəd, Tacikistana 162 milyon ABŞ dolları dəyərində 7 min 592 ədəd, Özbəkistana 78 milyon ABŞ dolları dəyərində 2 min 658 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti