Gürcüstan tranzit yük daşınmasına görə rüsumu 75 % artırıb
İnfrastruktur
- 09 iyun, 2022
- 10:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın avtomobil yollarından yük maşınlarının tranzit məqsədilə istifadəsi üçün rüsum 75 % artırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan hökumətinin müvafiq qərarına dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, rüsum 200 laridən (68 ABŞ dolları) 350 lariyə (119 ABŞ dolları) qaldırılıb.
Yük daşıyanlar üçün yeni tarif bu ilin iyunun 20-dən qüvvəyə minəcək.
Yeni tarifin tətbiqi ilə Gürcüstanın yük tranzitindən əldə edəcəyi gəlirin kəskin artacağı gözlənilir.
Bu ilin yanvar-aprel aylarında qonşu ölkədən tranzit keçməklə daşınmış yüklərin sayı 116 mindən çox olub, büdcəyə daxilolmaların həcmi isə 23,2 milyon lari təşkil edib.
Son xəbərlər
09:15
Azərbaycanın qadın basketbol millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır
Komanda
09:15
FHN: Bayramlarla əlaqədar qeyri-iş günlərində 72 yanğına çıxış olub, 4 meyit tapılıb
Hadisə
09:14
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (11.11.2026)
Maliyyə
09:06
AFFA rəsmisi Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.11.2026)
Maliyyə
09:00
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq
Komanda
08:58
Hindistanda sərnişin qatarı relsdən çıxıb
Digər ölkələr
08:52
"Reuters": ABŞ-də avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb
Digər ölkələr
08:29
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
Ekologiya