Goran-Kürəkçay mənzilində 5 km-lik dəmir yolu əsaslı təmir olunur

İnfrastruktur
  • 12 aprel, 2018
  • 10:09
Goran-Kürəkçay mənzilində 5 km-lik dəmir yolu əsaslı təmir olunur

Bakı. 12 aprel. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Goran-Kürəkçay mənzilində 5 km-lik yolun əsaslı təmirinə başlanılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "Report"a verilən məlumata görə, 4 gün davam edəcək təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədi ilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 512 km dəmir yolu əsaslı təmir olunub.  

44 - Tezliklə