Mingəçevirdə ​“Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda konfrans keçirilib

İnfrastruktur
  • 05 iyun, 2015
  • 15:29
Mingəçevirdə ​“Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda konfrans keçirilib

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Mingəçevirdə gənc sahibkarların iştirakı ilə “Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda konfrans və gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların sərgisi keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, tədbirə İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Gənclər Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Sahibkar Qadınlar İctimai Birliyinin nümayəndələri, eləcə də Gəncə-Qazax, Aran və Şəki-Zaqatala iqtisadi rayonlarında fəaliyyət göstərən gənc sahibkarlar iştirak ediblər. Konfransda İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov digərləri çıxış ediblər.

Tədbirdən əvvəl gənc sahibkarların istehsal etdiyi məhsulların sərgisinə baxış keçirilib. Sərgidə 60-dan çox sahibkarlıq subyektinin 200-dən çox çeşiddə məhsulları nümayiş etdirilir.

44 filmi