Gəncədən Sankt-Peterburq və Moskvaya uçuşlar Rusiya hava məkanı bağlandığından təxirə salınıb
İnfrastruktur
- 24 avqust, 2025
- 02:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburqun Pulkovo və Moskvanın Vnukovo hava limanlarına həyata keçirilməsi gözlənilən aviareyslər təxirə salınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncədən Sankt-Peterburq şəhərinə saat 16:40-da yerinə yetirilməli olan təyyarə reysi qeyri-müəyyən vaxta təxirə salınıb.
Bundan başqa, Gəncədən Moskavaya saat 03:05-də həyata keçirilməsi gözlənilən təyyarə reysi də təxirə salınıb. Bu reysin səhər 08:00-10:00 saatları aralığında yerinə yetirilməsi gözlənilir.
İlkin məlumata görə, uçuşların təxirə salınmasına səbəb Rusiyada hava məkanının bağlanmasıdır.
Qeyd edək ki, Gəncədən Sankt-Peterburqa uçmaq üçün 149, Moskvaya uçmaq üçün isə 156 sərnişin bilet alıb.
Son xəbərlər
10:27
MSK: Qırğızıstanda prezidentliyə namizədlərin sayı yeddiyə çatıb
Region
10:25
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Hadisə
10:22
Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək
Region
10:21
Foto
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
İdman
10:10
FIBA Avropa Kuboku: "LANDAU Lions" İsveçrə təmsilçisi ilə qarşılaşacaq
Komanda
10:10
Azərbaycan XİN Polşa və Anqolanı Milli Gün münasibətilə təbrik edib
Xarici siyasət
09:46
ING 2028-ci il üçün Azərbaycanda inflyasiya proqnozunu yeniləyib
Maliyyə
09:44
"Ordu" komandası CEV Çelenc Kubokunda ilk oyununu keçirəcək
Komanda
09:43
ING gələn il üçün Qafqaz regionunda iqtisadi dayanıqlığı qiymətləndirib
Maliyyə