Gələn il AZAL-a ayrılacaq subsidiyanın həcmi açıqlanıb

İnfrastruktur
  • 04 noyabr, 2022
  • 07:19
Gələn il AZAL-a ayrılacaq subsidiyanın həcmi açıqlanıb

2023-cü ilin dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə 10 milyon manat subsidiya ayrılıcaq.

"Report" bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu vəsait Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün nəzərdə tutulub.

Bu, 2022-ci ildə ayrılan subsidiyanın həcmi ilə eynidir.