Füzulidə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilir

İnfrastruktur
  • 12 aprel, 2023
  • 09:20
Füzulidə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilir

Bu gün Füzuli Beynəlxalq Hava Limanında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilir.

"Report" xəbər verir ki, iclası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin I müavini Namiq Hümmətov açıq elan edib.

O, bundan əvvəlki iclasın Ağdamda keçirildiyini xatırladıb.

"Qərara alınıb ki, iclaslar işğaldan azad edilmiş ərazilərdə keçirilsin", - deyə sədr müavini qeyd edib.

N.Hümmətov vurğulayıb ki, ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında son illər ərzində işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq istiqamətində böyük irəliləyişlər əldə edilib: "Qarabağ və Şərgi Zəngəzurun şəhər, qəsəbə və kəndlərinə "Böyük Qayıdış" şüarı altında həyat qayıtmaqdadır. Bu prosesi sürətləndirmək, yaşayış məntəqələrinin gələcəkdə sakinlər üçün daha rahat etmək üçün işğaldan azad edilmiş torpaqlarımızda bu gün milli özəlliklər nəzərə alınmaqla qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri həyata keçirilir".

Onun sözlərinə görə, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib:

"Qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilmiş, Zəfər yolunun tikintisi yekunlaşmış, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istifadəyə verilib. Həmçinin Özbəkistan tərəfindən inşa edilən tam orta məktəbin, Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam etdirilir". 

Komitə rəsmisi vurğulayıb ki, bu gün tədbirdə işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə dair” Tədbirlər Planının, 
müvəqqəti yerləşdirilən kamplar, “Böyükbəhmənli-Şuşa” və “Azadqaraqoyunlu-Ağdam” magistral qaz kəmərlərinin layihələndirilməsi, Füzuli rayonunda su anbarlarının və su təmizləyici qurğularının layihələndirilməsi və tikilməsinin vəziyyəti, Mədəniyyət Nazirliyinin Qələbə Parkı və Memorial Parkının layihələndirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.

11:21

44 - Tezliklə