Fransisko Neto: Braziliyada daşınmaz əmlak kreditləri üzrə karbon kalkulyatoru hazırlanır

İnfrastruktur
  • 21 may, 2026
  • 12:34
Fransisko Neto: Braziliyada daşınmaz əmlak kreditləri üzrə karbon kalkulyatoru hazırlanır

Braziliyada daşınmaz əmlak kreditləri üzrə karbon kalkulyatoru hazırlanır.

"Report" xəbər verir ki, bunu Braziliyanın Baş Beynəlxalq Məsləhətçi Şəhərləri Nazirinin Ofisinin nümayəndəsi Antonio Fransisko da Kosta e Silva Neto WUF13 çərçivəsində keçirilən "Aşağı karbonlu mənzil tikintisi - Milli siyasətdən yerli fəaliyyətə" adlı sessiyada deyib.

O qeyd edib ki, Braziliyada tikinti sahəsində hədəflər bələdiyyələrin məsuliyyətindədir:

"Ölkədəki 5600 bələdiyyə iqlim kontekstində fəaliyyət göstərir. Tikinti normalarının necə olmalı olduğuna dair ən azı ortaq bir anlayış yaratmağa çalışırıq. Biz milli səviyyədə vahid tikinti kodeksi tətbiq etməyəcəyik, çünki Braziliyada bu, regional və yerli fərqlilikləri baxımından məntiqli deyil. Amma ən azı elə bir çərçivə yaratmaq istəyirik ki, bələdiyyələr öz sistemlərini modernləşdirsinlər. Daha az bürokratiya və sənədləşmə tətbiq edilsin, tikinti icazələrinin verilməsi sürətlənsin".

Nümayəndə qeyd edib ki, Braziliyada Enerji və Mədən Nazirliyi vasitəsilə yeni binalar üçün emissiya standartları müəyyən edilib:

"Aydındır ki, köhnə binaları dəyişdirməyəcəyik, amma yeni tikililərin səmərəli olmasını təmin etməyə çalışırıq. Xüsusilə daşınmaz əmlak kreditləri baxımından biz karbon kalkulyatoru hazırlayırıq. Banklar, xüsusilə tikintini maliyyələşdirən dövlət bankları bu karbon kalkulyatorundan istifadə edərək layihələri qiymətləndirəcəklər. Yəni hansı fərqli həlləri və yanaşmaları tətbiq etməklə karbon emissiyalarını azaltmağın mümkünlüyü araşdırılacaq".

44 filmi