Fond: "Dəhlizlərin inkişafı iqtisadiyyatın şaxələndirilməsində Azərbaycan üçün yeni imkanlar açacaq"

İnfrastruktur
  • 30 oktyabr, 2025
  • 12:25
Fond: Dəhlizlərin inkişafı iqtisadiyyatın şaxələndirilməsində Azərbaycan üçün yeni imkanlar açacaq

Bağlantıların gücləndirilməsi, enerji və ticarət dəhlizlərinin inkişafı ilə bağlı təşəbbüslər iqtisadiyyatın şaxələndirilməsi və əməkdaşlıq potensialının genişləndirilməsi çərçivəsində Azərbaycan üçün yeni imkanlar açır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur mətbuat konfransında bildirib.

"Bağlantıların gücləndirilməsi və müxtəlif dəhlizlərin - həm enerji, həm də ticarət dəhlizlərinin inkişafı ilə bağlı təşəbbüslər Azərbaycan üçün iqtisadiyyatı şaxələndirmək imkanı, eləcə də nəqliyyat əlaqələrinin yaxşılaşdırılması hesabına əlavə potensial yaradır", - o bildirib.

Direktorun sözlərinə görə, bu potensialı reallaşdırmaq üçün ticarətin şaxələndirilməsinə və iqtisadiyyatda özəl sektorun rolunun gücləndirilməsinə yönəlmiş islahatlar davam etdirilməlidir.

O hesab edir ki, dövlət müəssisələrinin səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlər də düzgün istiqamətdə atılan addımlardır.

C.Azur əlavə edib ki, regionda geosiyasi vəziyyətin yaxşılaşması inteqrasiya proseslərinin genişləndirilməsi və sürətləndirilməsi üçün əlavə imkanlar yaradır, bu, xüsusilə də Orta Dəhlizin potensialının inkişafı kontekstində aktuallıq kəsb edir.

Son xəbərlər

Bütün Xəbər Lenti