Ərazi Tikinti və Planlaşdirma Mərkəzi 1 milyon manatlıq tenderə yekun vurub

İnfrastruktur
  • 30 mart, 2022
  • 13:05
Ərazi Tikinti və Planlaşdirma Mərkəzi 1 milyon manatlıq tenderə yekun vurub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti və Planlaşdirma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə tikinti layihələrinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin aparılması işlərinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Fövqəladə Hallar Nazirliyinin Dövlət Baş Layihə İnstitutudur ("Azərdövlətlayihə").

Qalibə 1,222 milyon manat ödəniləcək.