Əmlak Məsələləri Dövlət Xidməti ötən il 2 milyondan çox elektron xidmət göstərib
- 03 fevral, 2022
- 13:10
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 2 085 482 elektron xidmət göstərib.
“Report” nazirliyə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 9,1% çoxdur.
Ötən il istifadə olunmuş olunmuş elektron xidmətlərin 1 491 517-si daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub. Bunun isə 1 354 792-si “Elektron çıxarışın yoxlanması”na aid olub.
İl ərzində vətəndaşlar notariat kontorlarında daşınmaz əmlakın yüklülüyünə dair 567 124 arayış əldə edib. ƏMDX-nın digər fəaliyyət sahələri olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 21 866 müraciət qəbul edilib. Qeyd edilən sahələr üzrə elektron xidmətlərin arasında ən çox istifadə edilən xidmət “Daşınmaz əmlak üzrə icarə və digər borcların ödənilməsi”dir. Bunlarla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi hərraclarında iştirak üçün sifarişlərin qəbulu da elektron xidmət vasitəsilə aparılır.