Əmlak Məsələləri Dövlət Xidməti I rübdə 430 min elektron xidmət göstərib

İnfrastruktur
  • 27 aprel, 2022
  • 10:32
Əmlak Məsələləri Dövlət Xidməti I rübdə 430 min elektron xidmət göstərib

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərə ötən ilin eyni dövrü ilə müqayisədə 32% çox - 429 521 elektron xidmət göstərib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, 44 elektron xidmət arasında ən çox istifadə ediləni “Elektron çıxarışın yoxlanması” olub. 3 ay ərzində ondan 336 819 dəfə istifadə edilib. meh

44 - Tezliklə