​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşəcək

İnfrastruktur
  • 27 yanvar, 2015
  • 11:33
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşəcək

Bakı.27 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 31-də Qusar rayonunda vətəndaşları qəbulu edəcək.

"Report" Dövlət Komitəsinə istinadən xəbər verir ki, qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və Komitənin aparatına zəng edə bilərlər.

44 - Tezliklə