"Elmlər Akademiyası" metro stansiyasının vestibülü bağlanır

İnfrastruktur
  • 06 aprel, 2016
  • 05:31
Elmlər Akademiyası metro stansiyasının vestibülü bağlanır

Bakı. 6 aprel. REPORT.AZ/ "Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurub və artıq dəyişdirilməlidir. Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır".

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a bildirib ki, bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir. 

"Elmlər Akademiyası" stansiyasının I vestibülü aprelin 15-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül - BDU tərəf isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq", - deyə N.Paşayev bildirib. 

44 filmi