ECO yük qatarının fəaliyyəti 10 illik fasilədən sora bərpa olunur

İnfrastruktur
  • 21 dekabr, 2021
  • 11:56
ECO yük qatarının fəaliyyəti 10 illik fasilədən sora bərpa olunur

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) əsas üzvləri olan İran, Pakistan, Türkiyə ticarəti və regional əməkdaşlığı inkişaf etdirmək üçün 10 illik fasilədən sonra "ECO yük qatarı"nın fəaliyyətini bərpa etməyə hazırlaşır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, İslamabad-Tehran-İstanbul marşrutu ilə hərəkət edəcək qatar bu gün 3 ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Pakistan paytaxtından yola düşəcək.

Xatırladaq ki, qatarın işə salınması ilə bağlı qərar ötən ilin dekabr ayında, “ECO yük qatarı” adlı işçi qrupunun 10-cu yüksək səviyyəli iclasında qəbul edilib. Bu qatar ilk dəfə isə 2009-cu ildə yola çıxıb və 2011-ci ilin dekabr ayına qədər fəaliyyətini davam etdirib.

44 filmi