Dünya Bankı Azərbaycanın su təhlükəsizliyi üçün 4 əsas riski açıqlayıb

İnfrastruktur
  • 19 iyul, 2022
  • 14:21
Dünya Bankı Azərbaycanın su təhlükəsizliyi üçün 4 əsas riski açıqlayıb

Su təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan hökuməti son onillikdə tullantı sularının təmizlənməsi qurğuların sayını ikiqat çoxaldıb və suvarma sistemlərinə sərmayələri artırıb.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankı (DB) Qrupunun hazırladığı 2022-ci il üçün Azərbaycan üzrə ölkə statistikası hesabatında deyilir.

Hesabata görə, hökumət su sektorunda prioritetləri müəyyən etmək üçün su təhlükəsizliyinin və bu sahənin effektivliyinin qiymətləndirilməsinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il aprelin 15-də imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb.

“Bununla belə, Azərbaycan hələ də su təhlükəsizliyinə təhlükə yaradan iqlim dəyişikliyinə, xüsusilə də ətraf mühit dəyişikliyinə son dərəcə həssas ölkələrdən biri olaraq qalmaqdadır. Azərbaycan ən yüksək su çatışmazlığı olan 33 ölkə arasında 18-ci yeri tutur. Bu, Azərbaycanın malik olduğu su ehtiyatlarının əsasən ölkə xaricində formalaşması ilə bağlıdır ki, bu da Azərbaycanı su mənbələri məsələsində digər ölkələrdən daha asılı edir”, - araşdırmada deyilir.

DB onsuz da yüksək olan hidroloji dəyişkənliyin iqlim dəyişikliyi ilə daha da artacağını güman edir. Dünya Bankı hesab edir ki, Azərbaycanda su çatışmazlığı problemi mövsümi və coğrafi bölgünün bərabər olmamasından qaynaqlanır. “Su təhlükəsizliyinə təsir edən və ölkənin iqlim dəyişikliyindən asılılığını artıran kanallara temperaturun 2050-ci ilədək 1,4°C–2,8°C, 2090-cı ilədək 4,7°C artmasını əhatə edir ki, bu da 1986-2005-ci illərin orta baza səviyyəsinə nisbətdə 2090-cı ilədək dünya üzrə orta artımı 3,2°C üstələyir. Bura həmçinin Kiçik Qafqaz və Naxçıvan bölgəsində yağıntı səviyyəsinin 2040-cı ilədək 5 % azalması və bununla əlaqəli quraqlıq təhlükəsi, ayrı-ayrı yerlərdə yağıntıların intensivliyinin artması səbəbindən daşqınların tezliyinin və miqyasının artması, XXI əsrin sonlarınadək Xəzər dənizinin səviyyəsinin 4-5 m aşağı düşməsi daxildir”, - hesabatda deyilir.

Hesabat müəllifləri hesab edirlər ki, su təhlükəsizliyinin artırılmasının əsas amili iri su istehlakçılarının – suvarma təsərrüfatlarının səmərəliliyinin artırılması ilə bağlıdır. “Su sərfiyyatının çox olması və ölkə əhalisinin böyük hissəsinin kənd təsərrüfatı sahəsində məşğulluğunu nəzərə alaraq, əhalinin hər 3 nəfərdən ikisi - təxminən 3,6 milyon nəfər kənd təsərrüfatı sektorunda sudan istifadənin səmərəliliyinin artırılmasından qazanmış olacaq. Hər il ölkədə su sərfiyyatının 90 %-i kənd təsərrüfatının payına düşür. Lakin kənd təsərrüfatında sudan istifadənin iqtisadi məhsuldarlığı bir kubmetr üçün 3,9 ABŞ dolları təşkil edir, bu isə Qazaxıstan (7,2 ABŞ dolları), Gürcüstan (10,8 ABŞ dolları), Türkiyə (14,1 ABŞ dolları) və Rusiyadan (18,9 ABŞ dolları) aşağıdır. Bu, Azərbaycanın kənd təsərrüfatı zonalarının üzləşdiyi yüksək su çatışmazlığı ilə bağlıdır. Bunun 2030-cu ilədək 1,4 dəfə, bəzi rayonlarda isə 2 qat artacağı gözlənilir".

DB-nin iqtisadçıları hesab edirlər ki, bu, suvarma sektorunun zəif inkişaf etməsi, su resurslarının idarə edilməsinin yaxşılaşdırılması üçün monitorinq və idarəetmə strukturlarının olmaması, şoranlaşmaya və suvarılan ərazilərin azalmasına aparan su səviyyəsinin artması ilə bağlıdır. “İkiqat və üçqat paylaşdırılması suvarma sistemlərinin və kənd drenaj sistemlərinin yaxşılaşdırılmasınıən kənd təsərrüfatında məhsuldarlığı artıracağı gözlənilir”, - hesabatda deyilir.