Dövlət Statistika Komitəsində ATƏT-in missiyası ilə görüş keçirilib
- 13 avqust, 2015
- 11:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 avqust. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri ilə bağlı Azərbaycanda səfərdə olan Ehtiyacların Qiymətləndirilməsi Missiyası bu gün Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovla görüşüb. Bu barədə Komitənin məlumatında qeyd olunub.
“Report” bildirir ki, missiya üzvləri ilə görüşən Y.Yusifov Komitənin beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verildiyini vurğulayıb.
Görüşün əsas məqsədi ölkədəki seçkiqabağı vəziyyət, seçkilərə hazırlığın qiymətləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi olub. Görüşdə missiya üzvlərinin Azərbaycanda əhalinin, ölkənin yaşı 18-dən yuxarı olan əhalisinin və xaricdə yaşayan azərbaycanlıların sayı haqqında sualları cavablandırılıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.