Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək

İnfrastruktur
  • 27 mart, 2019
  • 07:18
Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev
Report/ Firi Salim

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev martın 30-da, saat 10-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98 ünvanında) vətəndaşları qəbul edəcək.

Komitədən “Report”a verilən məlumata görə, qəbulda Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Vətəndaşlar Komitənin (012) 404-22-00 nömrəli telefonu, eləcə də "195" Çağrı Mərkəzi, Qərb Ərazi Baş Gömrük İdarəsi, Yevlax gömrük postu (telefon: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

44 - Tezliklə