Din Şarp: Müharibə təkcə şəhər mühitinin dağıdılmasını yox, həm də tikinti proseslərini əhatə edir

İnfrastruktur
  • 22 may, 2026
  • 11:48
Din Şarp: Müharibə təkcə şəhər mühitinin dağıdılmasını yox, həm də tikinti proseslərini əhatə edir

Münaqişələrdən sonrakı yenidənqurma təzyiq aləti və müharibənin başqa vasitələrlə davamı kimi istifadə oluna bilər.

"Report" xəbər verir ki, bu barədə London İqtisadiyyat Məktəbinin elmi işçisi, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məsləhətçisi Din Şarp Bakıda WUF13 çərçivəsində keçirilən müzakirədə bildirib.

Şarp qeyd edib ki, müharibə təkcə şəhər mühitinin dağıdılmasını deyil, həm də münaqişənin bir hissəsi kimi istifadə oluna bilən tikinti və planlaşdırma proseslərini də əhatə edir.

Nümunə olaraq o, Suriyanı qeyd edib; onun sözlərinə görə, orada hakimiyyət üsyanın başlamasından, demək olar ki, dərhal sonra yenidənqurma layihələrini elan etməyə başlamışdı.

"Bəşər Əsəd rejimi, rekonstruksiyanı hakimiyyətə müxalif hesab edilən icmaların sıxışdırılması və köçürülməsi üçün təzyiq alətinə çevirmək məqsədilə 10 saylı Qanun və 66 saylı Fərman kimi mexanizmlərdən istifadə edib", - ekspert bildirib.

Onun sözlərinə görə, belə hallarda bərpa işləri başqa vasitələrlə müharibənin davamına çevrilir.

Şarp, həmçinin Qəzza zolağındakı dağıntıların miqyasına da toxunub.

Ekspert xatırladıb ki, 2014-cü il münaqişəsindən sonra dağıntıların daşınması üçün hər gün Qəzza sərhədindən təxminən 90 yük maşını buraxılıb.

"Hətta belə bir ssenarinin indi mümkün olacağını təsəvvür etsək belə, ərazinin təmizlənməsinə onilliklər gedəcək", - Şarp deyib.

O, həmçinin bərpa işlərinin humanitar və etik aspektlərinə də diqqət yetirib.

44 - Tezliklə