DGK: "Eyvazlı" gömrük postunun işinin bərpası ölkələrarası ticari münasibətlərdən asılıdır"

İnfrastruktur
  • 20 noyabr, 2023
  • 09:32
DGK: Eyvazlı gömrük postunun işinin bərpası ölkələrarası ticari münasibətlərdən asılıdır

İşğaldan azad olunmuş Qubadlı rayonunda yerləşən "Eyvazlı" gömrük postunun yenidən fəaliyyət göstərməsi ölkələrarası ticari münasibətlərdən asılıdır.

Bunu "Report"un sualına cavab olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.

O bildirib ki, "Eyvazlı" gömrük postunda hazırda heç bir hərəkətlilik yoxdur: "Gələcəkdə Azərbaycanda yerləşən bütün gömrük-keçid məntəqələrinin imkanlarının artırılması istiqamətində dövlət siyasəti əsasında iş aparacağıq".

44 - Tezliklə