Deputat: "Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanı ən qısa vaxtda həyata keçirmək lazımdır"

İnfrastruktur
  • 20 noyabr, 2025
  • 16:48
Deputat: Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanı ən qısa vaxtda həyata keçirmək lazımdır

Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanı ən qısa vaxtda həyata keçirmək lazımdır.

"Report" xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında" qanun və "İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyada şəhid ailələrinə və müharibə iştirakçılarına ən yüksək diqqət və qayğı göstərən azsaylı ölkələrdən biridir: "Bu gün dünyanın çox az ölkəsində şəhid ailələrinə bu qədər yüksək diqqət və qayğı göstərilir. Onlara mənzil və avtomobillər verilir. Digər çox mühüm vəzifə isə Qarabağın və Şərqi Zəngəzurun yenidən bərpa edilməsidir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan dövləti bu işləri uğurla yerinə yetirir. Biz Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanı ən qısa vaxtda həyata keçirməliyik. Bu isə dövlət büdcəsindən böyük vəsaiti tələb edir".

Deputat qeyd edib ki, bu gün dünyanın bir çox ölkələri iqtisadi və sosial böhranlardan ciddi əziyyət çəkirlər: "Bu gün əksər ölkələrin əsas hədəfi iqtisadi və sosial sabitliyi, bu sahədə davamlılığı və dayanıqlılığı təmin etməkdir. Odur ki, kimliyindən asılı olmayaraq, büdcəni tənqid etməyə cəhd edən hər kəs bu reallıqları mütləq nəzərə almalıdır. Bu gün siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs dövlətin və dövlətçiliyin yanında olmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti