Daha bir prospektdə təmir işlərinə başlanılacaq
İnfrastruktur
- 30 may, 2024
- 06:22
Mayın 31-də saat 08:00-dan etibarən Bakı şəhəri, Azadlıq prospektində (Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissə) təmir işlərinə başlanılacaq.
Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, təmir müddətində sözügedən hissədə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmağı, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.
Son xəbərlər
18:37
Müdafiə Nazirliyi həftəlik icmalını yayımlayıb
Hərbi18:31
Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd keçirilib
Hadisə18:17
İmişlidə Araz çayında batan gəncin meyiti tapılıb - YENİLƏNİB
Hadisə18:00
Almaniya Çinlə ticarət kəsirini 55 milyard avroya qədər artırıb
Digər ölkələr17:59
İrandan xəbərdarlıq: ABŞ hücum etsə, qətiyyətli cavab veriləcək
Region17:54
SEPAH: Bütün şərtlər qəbul edilənə qədər Hörmüz boğazını qoruyacağıq
Region17:49
"Apple" Çinin CXMT şirkətinin yaddaş çiplərini sınaqdan keçirir
Digər ölkələr17:39
Sabah Masallının iki kəndində qaz olmayacaq
Energetika17:30