Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

İnfrastruktur
  • 14 may, 2026
  • 18:35
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Göyçay və Bakı-Ağcabədi şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol 2023" MMC;

Bakı-Göyçay marşrutları üzrə fiziki şəxslər Cəmilzadə Cavid Camal oğlu və Əbilov Vüsal Sahib oğlu;

Bakı-Ağcabədi marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu qalib elan olunublar", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur:

"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır".