Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək istəyir

İnfrastruktur
  • 07 noyabr, 2023
  • 13:54
Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək istəyir

Dünyanın ən böyük liman operatorlarından biri, Çinin Shandong vilayətində yerləşən “Shandong Port Group” Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək istəyir.

“Report” bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, “Shandong Port Group” və bu qrupa daxil olan bir sıra şirkətlərin rəhbərləri Bakı Limanına səfər edib. “Shandong Port Group”un Baş direktorunun müavini Sun Zhengfun başçılıq etdiyi nümayəndə ilə liman rəhbərliyinin görüşü zamanı Orta Dəhlizdə Bakı Limanının oynadığı mühüm rol və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub. Qonaqlar Bakı Limanının infrastrukturu ilə yaxından tanış olub, onlarla yükaşırma qabiliyyətinin artırılması üçün əməliyyat və infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda qonaqlar Bakı Limanının genişləndirilməsi layihəsi ilə tanış olub, investisiya imkanları barədə məlumat əldə ediblər.