Cavid Qurbanov: “BTQ ilə yükdaşımaların həcminin artırılması təkcə bizdən asılı deyil”

İnfrastruktur
  • 22 oktyabr, 2018
  • 08:44
Cavid Qurbanov: “BTQ ilə yükdaşımaların həcminin artırılması təkcə bizdən asılı deyil”
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov
Report/ Firi Salim

Bakı.22 oktyabr. REPORT.AZ/ “Bədnam qonşularımız Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttihaqqında Rusiya mətbuatında yazdırırdılar ki, bu xətt kənardan keçir. Ammahazırda Rusiya və  Qazaxıstanşirkətlərinin əksəriyyəti BTQ ilə maraqlanır”.

“Report”xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (SADY) sədri CavidQurbanov deyib.

Onunsözlərinə görə, yaxın vaxtlarda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrəqiymətlər açıqlanacaq. Amma BTQ ilə yükdaşımaların həcminin artırılmasırəhbərlik etdiyi qurumla yanaşı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (AXDG)asılıdır.

“ADY-nin yükdaşıma qabiliyyəti ildə 30 mln. tondur. Bunun 10 mln. tonu daxili daşımalar, 20 mln. tonu isə Rusiyadan gələn yüklər ola bilər. Yükdaşımalarınhəcminin artırılması təkcə bizdən asılı deyil. AXDG də böyüməlidir. Bu gün onunyükdaşıma qabiliyyəti ildə 5-7 mln. ton arasındadır. Amma hazırda Gəmiçilik yenigəmilər tikir və yəqin ki, yükdaşıma gücüni artıracaq".