"Buta Airways"lə hərəkət edən sərnişinlərin sayı 25%-dən çox artıb

İnfrastruktur
  • 11 sentyabr, 2019
  • 07:53
Buta Airwayslə hərəkət edən sərnişinlərin sayı 25%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) 1,4 milyon nəfər sərnişin daşıyıb. 

"Report" aviaşirkətə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur. 

Son bir ildə AZAL-ın aşağı büdcəli strukturu - "Buta Airways"in daşıdığı sərnişinlərin sayı isə 25,25% artaraq 368 minə çatıb.