Bu gün Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılacaq

İnfrastruktur
  • 04 avqust, 2016
  • 06:26
Bu gün Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir. Bu çərçivədə bu gün saat 22:00-dan etibarən səhər saatlarına qədər Neftçilər prospektinin Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. 

"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmək tövsiyə edilir.