BTQ dəmir yolu xəttinə əlavə marşrutlar qoşula bilər

İnfrastruktur
  • 05 aprel, 2018
  • 08:54
BTQ dəmir yolu xəttinə əlavə marşrutlar qoşula bilər

Bakı. 5 aprel. REPORT.AZ/ "Ukrayna Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin gələcək inkişafını maraqla izləyir." 

Bunu "Report"a açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi missiyasının rəhbəri Sergey Ştelyuk deyib.

Onun sözlərinə görə, dəmir yolunun Türkiyə və Ukraynanın nəqliyyat infrastukturu ilə birləşməsi imkanları maraq doğurur: "Ukrayna da Türkiyə, Latviya və Litvanın dəniz limanları arasında qarışıq daşımalar həyata keçirən “Vikinq” və “Zubr” qatar marşrutlarının Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birləşdirilməsi hesabına əlavə nəqliyyat tranzit potensialı əldə edə bilər".

44 - Tezliklə