Braziliya şəhərlərin inkişafı üçün diferensial yanaşma tətbiq edir

İnfrastruktur
  • 20 may, 2026
  • 13:05
Braziliya şəhərlərin inkişafı üçün diferensial yanaşma tətbiq edir

Braziliyada kiçik və böyük şəhərlərin inkişafı üçün diferensial yanaşma tətbiq olunur.

"Report" xəbər verir ki, bunu Braziliyanın Şəhərlər Nazirliyinin ​Şəhər və Metropoliten İnkişafının Strukturlaşdırılması üzrə Direktoru Cristiana Scorza Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, layihələrin hazırlanmasında təlimlər və texniki dəstək də bura daxildir: "Bütövlükdə düşünmək şəhərlərimizin inkişafı üçün fundamental əhəmiyyət kəsb edir. Vətəndaşı həqiqətən strateji nöqtəyə qoymaq, onun həyat keyfiyyəti ilə hərəkət edə bilməsini təmin etmək, bütün yaşayış sahəsini nəqliyyata yaxın etmək barədə düşünmək bizim şəhərlərimizə çox gətirdiyimiz və daşıdığımız bir konsepsiyadır. Bu səbəbdən bu cür təlimlərin və texniki dəstəyin verilməsi imkanı çox maraqlı olardı. Yerli şəraitləri nəzərə alaraq təlimatların və tövsiyələrin hazırlanmasına dəstək vermək də önəmlidir".

Qonaq qeyd edib ki, şimalda həm fərqli iqlimlər, həm də fərqli potensiallar (bəhrələnmə imkanları) var: "Beləliklə, böyük şəhərlər, kiçik şəhərlər, orta fərqli şəhərlər. Yəni, bu bələdiyyələrə dayanıqlılıq mədəniyyətini və potensialı çatdırmaq sahəsində həqiqətən də çox böyük bir çağırışla (çətinliklə) qarşı-qarşıyayıq. ​Bizim "Capacidades" (Potensiallar) adlı proqramımız var ki, bu proqram çərçivəsində daha çox dayanıqlı şəhərsalma layihələrinə yönəlmiş kursları tamamilə pulsuz təqdim edirik. Bununla da, ən zəif təminatlı, yəni texniki potensialı o qədər də inkişaf etməmiş bələdiyyələrə çatmağa çalışırıq. ​Beynəlxalq fondların və resursların müəyyən edilməsi hissəsi də bizim üzərində çox çalışdığımız bir istiqamətdir; şəhərlərdə dayanıqlılığı və davamlılığı hər zaman ön plana çəkərək bu inteqrasiya olunmuş yanaşmaları tətbiq edə bilmək üçün tərəfdaşlıqlar və innovasiyalar axtarışındayıq".