Böyük Britaniya Rusiyanın 3 aviaşirkətini sanksiyalar siyahısına daxil edib

İnfrastruktur
  • 19 may, 2022
  • 09:38
Böyük Britaniya Rusiyanın 3 aviaşirkətini sanksiyalar siyahısına daxil edib

Böyük Britaniya “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” şirkətlərini sanksiyalar siyahısına daxil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in açıqladığı sənəddə bildirilir.

Sanksiyalar sözügedən şirkətlərin aktivlərinin dondurulmasını nəzərdə tutur.

Əsas kimi XİN bu şirkətlərin strateji sektorda fəaliyyət göstərməklə Rusiya hökumətini dəstəkləməsini göstərib.

44 - Tezliklə