BNA: "Diqlas"dakı yanğına görə avtobusların hərəkətindəki məhdudiyyət davam edir
- 28 mart, 2019
- 05:56
Yeniliklərdən dərhal xəbərdar olun!
“Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq həmin istiqamətdə sərnişin avtobusların hərəkətindəki məhdudiyyət davam edir.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumatda deyilir ki, martın 26-da Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar Qara Qarayev prospekti Bəhruz Nuriyev küçəsi ilə kəsişmədən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək hərəkətə tətbiq edilən məhdudiyyət davam edir. Bu səbəbdən də həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar bu gün də alternativ yollarla hərəkət edir.
Qeyd edək ki, BNA-nın Nəqliyyatı İntelektul İdarəetmə Mərkəzi Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görməkdədir: “Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sxılığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyyə edilir. BNA hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir”.