BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
İnfrastruktur
- 06 yanvar, 2022
- 07:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün Bakının Suraxanı qəsəbəsində - Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə baş vermiş yol qəzası ilə bağlı açıqlama yayıb.
"Report"un məlumatına görə, açıqlamada deyilir ki, hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.
Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. "Azlənd Plaza"nın müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.
Son xəbərlər
08:43
Ceyhun Bayramovun çinli həmkarı görüşü başlayıb
Xarici siyasət
08:37
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
Ekologiya
08:35
ABŞ Rusiyanın "kölgə donanması"na qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir
Digər ölkələr
08:24
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur
08:04
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:46
Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayırıb
Digər ölkələr
07:18
ABŞ-nin səkkiz ştatı OpenAI şirkətinə qarşı iddia qaldırıb
Digər ölkələr
06:50
Şimali Koreya iki növ sualtı qayıqdan atılan strateji kruiz raketlərini sınaqdan keçirib
Digər ölkələr
06:17
ABŞ Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib
Digər ölkələr