Birinci rübdə ölkədə istehlak bazarı azalıb

İnfrastruktur
  • 20 aprel, 2020
  • 11:03
Birinci rübdə ölkədə istehlak bazarı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 mlrd manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,4% azalıb. 

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin birinci rübü ilə müqayisədə 0,1% azalaraq 11,1 mlrd manata bərabər olmuş, onun 46 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 386 manatlıq və ya 2019-cu ilin eyni rübü ilə müqayisədə 6 manat çox əmtəə almış və ödənişli xidmətlərdən istifadə edib.