Bakının bir sıra yollarında endirilən sürət həddi bərpa edilib - YENİLƏNİB

İnfrastruktur
  • 05 fevral, 2026
  • 08:58
Bakının bir sıra yollarında endirilən sürət həddi bərpa edilib - YENİLƏNİB

Şaxtalı hava şəraiti səbəbindən paytaxtın Zığ dairəsi-Hava Limanı, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib.

"Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti