"Bir kəmər, bir yol" filmi nümayiş olunub

İnfrastruktur
  • 05 noyabr, 2025
  • 16:25
Bir kəmər, bir yol filmi nümayiş olunub

Azərbaycan Dillər Universitetində (ADU) "AnewZ" telekanalının "Bir kəmər, bir yol" təşəbbüsünə və Orta Dəhlizin dünya iqtisadiyyatında artan əhəmiyyətinə həsr olunmuş sənədli filmin nümayişi keçirilib.

"Report"un məlumatına görə, tədbirə diplomatik korpus nümayəndələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, deputatlar, universitet müəllimləri və tələbələri qatılıb.

Çinin Azərbaycandakı səfiri Lu Mey "Bir kəmər, bir yol" layihəsinin qarşılıqlı inkişaf rəmzinə çevrildiyini vurğulayıb.

"İnfrastruktur əlaqələrinin inkişafı "Bir kəmər - bir yol" təşəbbüsünün əsasını təşkil edir və biz "China–Europe Railway Express" əsasında əlaqələrin gücləndirilməsi, həmçinin Avrasiya materiki və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yeni logistika marşrutlarının açılması üzərində tərəfdaşlarla birgə işi davam etdirəcəyik", - diplomat qeyd edib.

Filmin müəllifi, telejurnalist Anastasiya Lavrina layihənin yaradılması prosesi barədə danışıb: "Filmin ideyası Çin təşəbbüsünün beynəlxalq əməkdaşlıq və iqtisadi artımın praktiki platformasına necə çevrildiyini göstərməkdir. Bizim filmimiz Çinin dünya iqtisadiyyatındakı strateji əhəmiyyətini açıqlayır. Eyni zamanda, Azərbaycanın Şərqi və Qərbi birləşdirən nəqliyyat və enerji qovşağı kimi əsas rolunu vurğulayır".

Son xəbərlər

Bütün Xəbər Lenti