Biləsuvarın Əliabad kəndinə içməli su xətti çəkilir
İnfrastruktur
- 04 avqust, 2023
- 07:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunun Əliabad kəndinə içməli su xətti çəkilir.
"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı müvafiq işlərə başlanılıb.
Belə ki, kəndi içməli su ilə təmin edən “Modul” sudurulducu qurğuya verilən su Cənubi Muğan kanalından ayrılır və Biləsuvar şəhər Mərkəzi Su anbarına qoşulur.
Artıq təmir-tikinti briqadası tərəfindən 1200 metr məsafədə olan qazıntı işləri başa çatdırılıb, hazırda d-63 mm-lik boruların montaj və quraşdırılması işləri aparılır.
Yaxın günlərdə işlər başa çatdırılacaq və Əliabad kəndinə xidmət göstərən 17 ədəd bulağa 24 saat duruldulmuş içməli su veriləcək.
Son xəbərlər
01:20
Fransada kütləvi etirazlara görə yüzlərlə lisey onlayn təhsilə keçəcək
Digər ölkələr00:56
Putin: Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşdırılmasını dəstəkləyir
Region00:45
UEFA Millətlər Liqası: Almaniya Serbiyanı, Niderland Yunanıstanı sınağa çəkib
Futbol00:26
Eritreya Efiopiya ilə diplomatik əlaqələri kəsib
Digər ölkələr00:13
Tramp Polşada ABŞ hərbi bazasının yaradıla biləcəyini açıqlayıb
Digər ölkələr23:50
ABŞ-nin energetika naziri: Dizel bazarında vəziyyət gərgin olaraq qalır
Digər ölkələr23:36
WSJ: ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupunu göndərəcək
Digər ölkələr23:21
ABŞ 30-dan çox şəxs və şirkəti "qara siyahı"ya salıb
Digər ölkələr23:16
Foto
Video